“Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlamış, hal-hazırda biznes və bazar iqtisadiyyatında önəmli mövqeni tutmuşdur. Düzgün iş prinsipi və təşəbbüskar kollektivə sahib olan şirkətimiz qarşıya qoyulmuş hədəfləri asanlıqla əldə etmək gücünə malikdir.
Hər il inkişaf edərək dövrün tələblərinə uyğun geniş ticarət şəbəkəsi qurmuş “Konstromat” şirkəti hal-hazırda ölkəmizdə yüksək keyfiyyətli tikinti mareriallarının satışını təşkil edir.
Mərkəzi anbarımızın Bakı şəhərində yerləşməsinə baxmayaraq, avadanlıqlarla təchiz olunmuş və sürətli nəqliyyat vasitələri ilə ölkəmizin bütün bölgələrinə keyfiyyətli məhsulların təminatı və satışını təşkil edir.
Məqsədimiz milli-iqtisadi bazarda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək və alıcının rəğbətini qazanmaqdır.